Şirkət haqqında

2019-cu ildə təsis edilmiş "Global Professional Group" MMC, universal sığorta xidməti olaraq, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, ölkənin qabaqcıl sığorta şirkətlərilə əməkdaşlığı nəticəsində Azərbaycan sığorta bazarının lider brokerlərindən biridir.

2019-cu ildə rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin iyul ayının 9-dan etibarən SA №0155 müddətsiz lisenziya ilə sığorta məhsullarının satış fəaliyyətini həyata keçirir. 

"Global Professional Group" MMC aşağıdakılara zəmanət verir:

  • müştəri tələbatlarının təmin edilməsi üçün keyfiyyətli xidmət

  • lazımsız təminatlar və əsassız ödəmələr olmadan ən əlverişli sığorta növünün təqdim edilməsi

  • sığorta müddəti ərzində mümkün olan sığorta hadisələrinin tənzimlənməsində dəstək və hüquqi məsləhətlər

  • növbəti ödəmə haqqında və ya cari sığorta müqaviləsinin müddətinin başa çatması barəsində müştərilərin öncədən xəbərdar edilməsi.

"Global Professional Group" MMC –nin fəaliyyəti əsasında istənilən an müştərilər üçün açıq və rahat olmaq prinsipi durur. İstər məlumat aldıqda, istər xidmət əldə etdikdə, istərsə də sığorta hadisəsi baş verdikdə. Bunun sayəsində müştərilərimiz mümkün risklər haqqında deyil, yalnız öz biznesləri, mənfəət və inkişafları barəsində düşünə bilirlər.