Profesional dəstək

“Global Professional Group” müştəri üçün uyğun sığorta proqramını seçmək üçün lazımi səlahiyyətə sahibdir. Biz tərəfdaşlarımızın məhsullarını müştərilərimizə innovativ yanaşma və xüsusi qayğı ilə təklif edirik.

Sığorta agentliyinin mütəxəssisi, sığorta bazarında mövcud olan bütün şirkətlərlə əməkdaşlıq etdiyi üçün, hər hansı sığorta şirkətinin nümayəndəsindən daha peşəkardırlar;

Agentlik, sığorta şirkətinin nümayəndəsindən fərqli olaraq sığorta hadisəsi baş verərsə, tənzimləmə zamanı müştərinin maraqlarını qoruyur;

Sığorta şirkəti ilə mübahisəli hallar baş verərsə, müştərinin adından çıxış edərək müsbət nəticənin əldə edilməsi üçün dəstək verir.

Yalnız sığorta agenti bazarda mövcud olan bütün qabaqcıl şirkətləri vahid pəncərə olaraq təmsil edir.