İcbari Nəqliyyat Sığortası

  • İcbari Nəqliyyat sığortası avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
  • 18 Oktyabr 2011-ci il tarixdə qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərini sığorta etdirməsi icbari qaydada tələb olunur.


Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğlər

  • Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min) AZN
  • Ümumi olaraq sağlamlığa dəyən zərər üzrə - 50 000 (əlli min) AZN
  • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min) AZN
  • Bir hadisə üzrə - 55 000 (əlli beş min) AZN

 

İcbari Nəqliyyat Sığortası üzrə Sığorta haqları

Avtonəqliyyat vasitəsinin növü Avtonəqliyyat vasitəsinin göstəricisi Hüquqi şəxslər üçün
Minik avtomobilləri Mühərrikin həcmi Sığorta Haqqı (AZN)
  - 50 sm3 – 1 500 sm3 60
  - 1 501 sm3 – 2 000 sm3 90
  - 2 001 sm3 – 2 500 sm3 120
  - 2 501 sm3 – 3 000 sm3 150
  - 3 001 sm3 – 3 500 sm3 180
  - 3 501 sm3 – 4 000 sm3 210
  - 4 001 sm3 – 4 500 sm3 240
  - 4 501 sm3 – 5 000 sm3 270
  - 5 000 sm3 – dən çox 300
Avtobuslar, mikroavtobuslar Sərnişin yerlərinin sayı Sığorta Haqqı (AZN)
  9 – 16 180
  16 - dan artıq 240
Yük avtomobilləri İcazə verilən maksimum kütlə Sığorta Haqqı (AZN)
  3 500 kq-dan çox olmadıqda 180
  3 501 kq – 7 000 kq 240
  7 000 kq – dan yuxarı 300
Motosikletlər və motorollerlər   60
Qoşqular və yarımqoşqular   30
Traktorlar   60
Trolleybuslar və tramvaylar   120
Motosikletlər və motorollerlər    
Qoşqular və yarımqoşqular    

Sığorta haqqının hesablanması üçün Sığorta haqqını hesabla düyməsini sıxın və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.