Yüklərin Sığortası

Daşınma müqaviləsinin şərtlərindən asılı olmayaraq istənilən yükün daşınması zamanı itkilərin olması ehtimalı yaranır. Yüklər tez-tez itir, oğurlanır və xarab olurlar. Statistikaya görə ən çox zərər yüklərin oğurlanmasının və əskik gəlməsinin, eləcə də malların yolda qismən zədələnməsinin üzərinə düşür.

Bu cür problemlərin ən optimal həlli yük sığortası üzrə təminatın alınmasıdır.

uzun illər ərzində öz müştərilərinə yüklərin daşınması və saxlanması zamanı onların etibarlı müdafiəsini təmin edir:

Sığorta obyektləri

İstənilən nəqliyyat növü vasitəsi ilə daşınan bütün növ yüklər

Sığorta riskləri:

Geniş istifadə olunan London Sığortaçıları İnstitutunun A, B və C şərtləri üzrə risklərin əhatə dairəsini aşağıda qeyd olunan cədvəldə diqqətinizə çatdırırıq:

Risklər Təminat növü
A B C
1 Yanğın və partlayış + + +
2 Saya oturmaq, batma, çevrilmə + + +
3 Yerüstü daşınma zamanı aşma və ya relslərdən çıxma + + +
4 Toqquşma + + +
5 Yükün məcburiyyət qarşısında limanda boşaldılması + + +
6 Gəminin tam məhvolması + + +
7 Ümumi qəza + + +
8 Yükün məcburiyyət qarşısında gəmidən dənizə atılması + + +
9 Zəlzələ, vulkan püskürməsi, ildırım vurması + + -
10 Yükün gəmi üzərindən dəniz suyu ilə yuyulması + + -
11 Dəniz, göl, çay suyunun konteynerə və ya yükün saxlandığı yerə daxil olması + + -
12 Yükləmə/boşaltma zamanı yükün tam məhvolması + + -
13 Yağış suyu + - -
14 Üçüncü şəxslərin qərəzli hərəkətləri + - -
15 Sınma + - -
16 Çatışmamazlıqlar + - -
17 Xırda oğurluq + - -
18 Oğurluq + - -
19 Sığortalının gərəzli hərəkəti - - -
20 Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi - - -
21 Təbii köhnəlmə - - -
22 Uyğun olmayan qablaşdırılma və ya hazırlanma - - -
23 Defekt - - -
24 Gecikdirilmə - - -
25 Gəmi sahiblərinin müflis olması - - -
26 Gəminin və ya konteynerin uyğun olmaması - - -
27 Müharibə, zəbt edilmə, mühazirə - - -
28 Tətil, qiyam və ya terrorizm - - -

Sığorta haqqının hesablanması və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.