Məsuliyyət Sığortası

İşgüzar fəaliyyətinizi həyata keçirən zaman baş verəcək sığorta hadisələri nəticəsində Sizə qarşı irəli sürülən iddia və tələblərə münasibətdə sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq təminat verir.

Biznes fəaliyyətinizi həyata keçirərkən fəaliyyət göstərdiyiniz sahəyə uyğun olaraq Məsuliyyət Sığortası növlərini bağlamaq Sizin öz fəaliyyətinizi daha arxayın həyata keçirməyə imkan verir.


Məsuliyyət Sığortası növləri üzrə məsuliyyətinizi sığortalaya bilərsiniz: 

  • Üçüncü Şəxslər Qarşısında Mülki Məsuliyyət Sığortası
    • Bu sığorta növü baş verəcək sığorta  hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlaklarına dəyən itki və zərərə görə üçüncü şəxslər qarşısında yaranmış məsuliyyətə təminat verir. 

    • Bu sığorta növü ilə Şirkətinizin işçilərinin, vəzifəli şəxslərinin, həmçinin etibarnamə və vəzifə təlimatlarına əsasən Şirkət adından çıxış edən digər şəxslərin hərəkətləri nəticəsində yaranmış məsuliyyət də sığorta təminatına daxil edilir.

  • İşəgötürənin Məsuliyyət Sığortası
    • Bu sığorta növü işçilərin iş yerində vəzifələrini yerinə yetirərkən baş vermiş iş qəzaları nəticəsində bədən xəsarəti alması və ya həlak olması nəticəsində işəgötürənin ödəməli olduğu xərclərə təminat verir. 
    •  İşəgötürənin məsuliyyət sığortası növü  ilə baş vermiş hadisələr nəticəsində ortaya çıxan mübahisələrdə Sizə qarşı iddia qaldırıldıqda məhkəmə xərclərini və vəkil haqlarını ödəməyi də öhdəsinə götürür.
  • Peşə Məsuliyyətinin Sığortası

    • Peşə məsuliyyətinin sığortası işçilərinizin işlərin və xidmətlərin göstərilməsi zamanı peşə səhvləri, səhlənkar əməlləri nəticəsində vurulmuş zərərlə bağlı yaranan xərclərə təminat verir.

 

Sığorta haqqının hesablanması və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.