Könüllü Tibbi Sığortası

Tibbi sığorta, əməkdaşlarınızın xəstələnməsi və ya bədbəxt hadisə nəticəsində xəsarət alması və ya müayinədən keçməsi ilə əlaqədar yaranan tibbi xərclərin Sığorta şirkəti tərəfindən qarşılanmasına təminat verir.

Tibbi sığortanın üstünlükləri:

  • İndividual yanaşma;
  • Tibbi sığorta sahəsində uzun müddətli təcrübə;
  • Müraciətlərin peşəkar həkim-koordinatorlar tərəfindən cavablandırılması;
  • Müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mütəxəssisləri olan aparıcı tibb müəssisələri ilə əməkdaşlıq;
     

Tibbi sığorta proqramı hər bir şirkətin fəaliyyət növü, əməkdaşlarının cins və yaş tərkibi nəzərə alınmaqla  aşağıdakı xidmətləri əhatə edə bilər:

  • Təcili və təxirəsalınmaz tibbi yardım;
  • Ambulator-poliklinik yardım;
  • Fizioterapiya və müalicəvi massaj;
  • Hospitalizasiya və stasionar yardım;
  • Stomatolojı yardım;
  • Dərman təchizatı;
  • Təcili vaksinasiya;
  • Qripə qarşı vaksinasiya;
  • Vitaminizasiya;
  • Profilaktik tibbi müayinə;
  • Analıq təminatı.

İşçilərinizi Tibbi Sığorta etdirməklə, onların sosial təminatının yaxşılaşdırılmasına və əlavə motivasiya edilməsinə nail olursunuz.
 

Sığorta haqqının hesablanması və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.