Fərdi Qəza Sığortası

Həyatda baş verən hadisələr gözlənilməzdir və hər bir an səhhətimizə təsadüfi bir hadisə nəticəsində zərər dəyə bilər. Bu isə bizim həyat tərzimizə və qazanclarımıza təsirsiz qalmır. Fərdi qəza sığortasını əldə etmiş Şirkətlər və işçilər ciddi  maliyyə yükü ilə nəticələnə bilən hadisələrə hazırdılar.

"Global Professional Group" MMC  öz müştərilər üçün onların ehtiyac və istəklərinə görə dəyişən unikal sığorta təminatı təklif edir. Təminat aşağıda qeyd olunan risklərdən ibarətdir:

  • Standart risklər:

    • Fərdi qəza nəticəsində Sığortalının ölümü,
    • Fərdi qəza nəticəsində əmək qabiliyyətinin tam daimi itirilməsi.
  • Əlavə risklər:

    • Fərdi qəza nəticəsində əmək qabiliyyətinin qismən daimi itirilməsi;
    • Fərdi qəza nəticəsində əmək qabiliyyətinin tam müvəqqəti itirilməsi;
    • Fərdi qəza nəticəsində əmək qabiliyyətinin qismən müvəqqəti itirilməsi;
    • Fərdi qəza nəticəsində yaranmış tibbi xərclər.

Faydalı!
Sığorta məbləğinin hesablanması
Fərdi qəza sığortasında sığorta məbləği adətən Sığortalının bir və ya üç illik əmək haqqısına bərabərdir.


Sığorta haqqının həcmi
Sığorta haqqı dəyişə bilər və sığorta təminatı məbləğindən, Sığortalının fəaliyyətindən, sığortalanmış risklərdən və digər amillərdən asılıdır.

 

Sığorta haqqının hesablanması və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.