Əməkdaşlarımız

Qasımov Əli Ədalət oğlu
Təsisçi

 

 

2010-cu ildə “Beynəlxalq Sığorta Şirkəti” ASC şirkətində Biznesin İnkişafı Departamentində, satış şöbəsinin mütəxəssisi vəzifəsində çalışmağa başlamışdır, daha sonra həmin departamentinin satış şöbəsinin müdiri vəzifəsinədək inkişaf etmişdir. 

2012-ci ildə “Alfa Sığorta” ASC şirkətində  Biznesin İnkişafı Departamentinin Direktoru. İdarə Heyətinin Üzvü vəzifəsində çalışmaq üçün dəvət edilmişdir.

2015-ci ildə “Standard Sığorta” ASC şirkətində Biznesin İnkişafı Departamenti – Satış nümayəndəliyin Direktoru vəzifəsinə təyin edilmişdir, 2016-cı ildə isə “Alfa Sığorta” ASC şirkətinin İdarə Heyəti Sədrinin Müavini vəzifəsində çalışmışdır.

“Günay Sığorta” ASC şirkətində İcraçı Direktor, 2018-ci ildə “Azərbaycan Respublikas Dövlət Sığorta Kommersiya Şirkəti”ASC-də Baş Satış Mərkəzinin Direktoru vəzifəsinə təyin edilmişdir.
2019-cu ildən etibarən “Standard Sığorta” ASC şirkərində İdarə Heyəti Sədrinin Müşaviri vəzifəsində çalışmaqdarır.

2019-cu ildə “Global Professional Group”MMC şirkətini təsis etmişdir. 

Qasımov Elçin Ədalət oğlu
Direktor

 

2011-2012-ci ildə “Beynəlxalq Sığorta Şirkəti” ASC şirkətində iddialar departamentinin qəza komisarı vəzifəsində çalışmağa başlamışdır, 2012-ci ildə “Alfa Sığorta” ASC şirkətində iddialar departamentinin aparıcı mütəxəssis, 2015-ci ildə isə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. 

2018-ci ildə  “Azərbaycan Dövlət Sığorta” ASC şirkətində nəqliyyat departamentinin müdir müavini, 2019-cu ildən etibarən isə “Global Professional Group”MMC şirkətinin direktoru vəzifəsində təyin edilmişdir. 

Əliyev Kənan Mahir oğlu
Direktor müavini

 

Əliyev Kənan, 2012-ci ildə “Beynəlxalq Sığorta” ASC şirkətində satış mütəxəssisi vəzifəsində çalışmışdır. 2015-ci ildə “Standard İnsurance” ASC şirkətində baş mütəxəssis, 2016-ci ildə “Beynəlxalq Sığorta” ASC şirkətinə təkrar dəvət alaraq korporativ satış şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 
2017-ci ildə Azsığorta və Günay sığorta şirkətində müxtəlif layihələrin idarə edilməsi üzərində çalışmışdır.

2018-ci ildə “Azərbaycan Dövlət Sığorta” ASC şirkətində filial direktorunun müavini vəzifəsində, daha sonra 2019-cu ildə “Global Professional Group”MMC şirkətində direktor müavini vəzifəsində fəaliyyətə dəvam etmişdir.

İsmayılova Könül Kamil qızı
Biznesin inkişafı departamendinin direktoru

 

2013-cü ildən etibarən "Atəşgah Sığorta" ASC şirkətində telemarketing şöbəsində satış mütəxəssisi vəzifəsində çalışmışdır. 2015-ci ildə "Odlar Yurdu Sığorta Brokeri" MMC şirkətinə marketing şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmaq üçün dəvət olunmuşdur. 2017-ci ildən "Odlar Yurdu Sığorta Brokeri" MMC şirkətində baş mütəxəssis, daha sonra bölmə rəhbəri vəzifəsində çalışmışdır.

2020-ci ildən etibarən “Global Professional Group”MMC şirkətində Biznes inkişafı departamentinin direktoru vəzifəsində çalışmağa dəvam etmişdir.

 

Mursakulov Ənvər Firudin oğlu
Underwriting şöbəsinin mütəxəssisi


2006-2016 illərdə Beynəlxalq sığorta şirkətində, təkrarsığorta şöbəsinin underwriting üzrə mütəxəssisi, daha sonra Biznesin inkişafı üzrə departamendinin müdiri vəzifəsində çalışmışdır.
2016-cı ildə “Şəbəkə sığorta brokeri” MMC şirkətinin direktoru vəzifəsində, 2017-ci ildə isə “AZ Prof” MMC sığorta brokeri şirkətində direktor müavini vəzifəsində, daha sonra “FSCA” MMC şirkətinin direktoru vəzifəsində çalışmağa dəvam etmişdir.

Hal hazırda “Global Professional Group”MMC şirkətində Underwriting şöbəsinin mütəxəssisi vəzifəsində çalışmaqdadır.

Məmmədova Gülxanım Yadigar qızı 
Satış şöbəsinin mütəxəssisi

 


2019-ildə “Azərbaycan Dövlət Sığorta” ASC şirkətində satış mütəxəssisi vəzifəsində işləmişdir və “Global Professional Group”MMC şirkətinə Biznesin inkişafı departamentinin, satış şöbəsinin mütəxəssisi vəzifəsində çalışması üçün dəvət edilmişdir.