Həyat sığortası

Həyatın sığortalanması istənilən insanın üzləşə biləcəyi  bir çox mürəkkəb məsələlərin sınanmış həlli üsuludur. Bu, həm ailənin maddi problemlərdən azad edilməsi, onun  üzvlərindən birinin vəfat etdiyi halda maddi təminat ,həm də tələb olunan müddət ərzində lazımı məbləğin təminatlı toplanmasıdır.

 

Müəyyən edilmiş müddətdə sığorta olunanın vəfat etdiyi halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Məsələn, əgər sığorta müqaviləsi 10 il müddət müəyyən edilmişdirsə, həmin müddətdə sığorta olunan vəfat etdikdə, faydalanan şəxs sığorta ödənişi alacaqdır. Sığorta olunan bu müddət başa çatdığı anda yaşadığı halda, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir.

 

 

Statistika göstərir ki, ABŞ və Qərbi Avropa ölkələrinin əhalisinin 80%-i toplam həyat sığortası polislərini əldə ediblər , bu isə bazarın ümumi həcminin 60-70%-ni təşkiln edir.Qərb ölkələrində həyat sığortasının  bu cür böyük populyarlığını əhalinin  yüksək sığorta mədəniyyəti və bunun nəticəsi  olaraq ,gəlirini əldə edilməsinə zəmanət verən sərmayə üsulları  haqqında kifayət  qədər məlumatlı olması ilə izah etmək olar.