Kasko Sığortası

Siz "Global Professional Group" MMC-də avtomobilinizi könüllü (KASKO) sığorta etdirməklə baş verə biləcək qəzalardan sonra avtomobilinizin təmiri zamanı meydana çıxacaq xərclərin sığorta şirkəti tərəfindən ödənilməsi, eyni zamanda onun oğurlanması, üçüncü şəxslərin qanunsuz hərəkətləri və s. zamanı əmlak maraqlarınızı qoruya bilərsiniz. 


Avtomobillərin tam sığortası üzrə aşağıdakı təminatları əldə edə bilərsiniz:

Avtomobilin KASKO sığortası

aşağıdakı risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: 

Avtonəqliyyat hadisəsi

Atılmış və ya düşmüş əşya

Oğurluq, quldurluq, qaçırma, soyğunçuluq

Üçüncü şəxsin qanuna zidd hərəkətləri

Yanğın və partlayış

Heyvanların hərəkəti

Təbii fəlakət

 

Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası

Sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi ilə əlaqədar sürücünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə biləcək zərərlərə sığorta müqaviləsində nəzərdə tutulmuş limitlər həcmində sığorta təminatı verir.

Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası

Sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərlərə sığorta müqaviləsində nəzərdə tutulmuş limitlər həcmində sığorta təminatı verilir.

Bu bölmə üzrə sığorta hadisəsi nəticəsində sığorta müqaviləsində göstərilən limitlər “İcbari sığortalar haqqında” AR qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müəyyən olunmuş sığorta limitlərindən artıq olan həddə ödənilir.

Sığorta haqqının hesablanması və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.