İcbari Əmlak Sığortası

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Daşınmaz əmlakın icbari sığortası ilə yanğın, qaz partlayışı, qısaqapanma, subasma, təbii fəlakətlər, üçüncü şəxslərin qanuna zidd hərəkətləri və digər hadisələrə təminat verir.

Qeyd:
18 Oktyabr 2011-ci il tarixində qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2–ci maddəsinə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

 

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbələğləri və sığorta haqları:

Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000,00 AZN

Sığorta haqqı 50,00 AZN

Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən
daşınmaz əmlak üzrə sığorta məbləği  20.000,00 AZN

Sığorta haqqı 40,00 AZN

Digər yaşayış məntəqələrində yerləşən
daşınmaz əmlak üzrə sığorta məbləği 15.000,00 AZN

Sığorta haqqı 30,00 AZN

 

Sığorta haqqının hesablanması və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.