Yaşıl Kart

1 yanvar 2016-cı tarixindən Azərbaycan "Yaşıl Kart" Beynəlxalq Sığorta sisteminə qoşulması təsdiqlənmişdir.

  • Əksər Avropa ölkələri, habelə Rusiya, Türkiyə, Ukrayna, Belarus Respublikası, İran, Mərakeş və bir sıra bu kimi ölkələri təmsil edən Yaşıl Kart bürolarının daxil olduğu Yaşıl Kart Sistemi avtonəqliyyat vasitələrinin sahiblərinin (istifadəçilərinin) mülki məsuliyyəti üzrə beynəlxalq sığorta təminatı sistemi qismində fəaliyyət göstərir.
  • Sistemin başlıca məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin bununla əlaqədar tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
  • Yaşıl Kart Sistemi, üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtomobil nəqliyyatı vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi təşkil edir. 
  • Nəticə etibarı ilə, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan Yaşıl Kart əldə etməsi onun bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.

Sığorta haqqının hesablanması və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.