İcbari Nəqliyyat Sığortası

İcbari Nəqliyyat sığortası nə üçün lazımdır ?

İcbari nəqliyyat sığortası avtomobil qəzalarında yaranacaq mübahisələrin həllində və qarşı tərəfə dəymiş zərərin kompensasyiya edilməsində Sizə yardım edir. 

İcbari Nəqliyyat sığortası avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 

18 Oktyabr 2011-ci il tarixdə qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərini sığorta etdirməsi icbari qaydada tələb olunur. 

İcbari avtonəqliyyat sığortası olmadan avtobilinizi idarə etdikdə Siz inzibati xəta törətmiş hesab olunur və qanunvericiliyin tələbini pozduğunuz üçün İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnə bilərsiniz.

İnzibati Xətalar Məcəlləsi Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması 469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Avtonəqliyyat vasitəsinin növü Avtonəqliyyat vasitəsinin göstəricisi Fərdi Şəxslər üçün
Minik avtomobilləri Mühərrikin həcmi Sığorta Haqqı (AZN)
  - 50 sm3 – 1 500 sm3 50
  - 1 501 sm3 – 2 000 sm3 75
  - 2 001 sm3 – 2 500 sm3 100
  - 2 501 sm3 – 3 000 sm3 125
  - 3 001 sm3 – 3 500 sm3 150
  - 3 501 sm3 – 4 000 sm3 175
  - 4 001 sm3 – 4 500 sm3 200
  - 4 501 sm3 – 5 000 sm3 225
  - 5 000 sm3 – dən çox 250
Avtobuslar Sərnişin yerlərinin sayı Sığorta Haqqı (AZN)
  9 – 16 150
  16 - dan artıq 200
Yük avtomobilləri İcazə verilən maksimum kütlə Sığorta Haqqı (AZN)
  3 500 kq-dan çox olmadıqda 150
  3 501 kq – 7 000 kq 200
  7 000 kq – dan yuxarı 250
Motosikletlər və motorollerlər   50
Qoşqular və yarımqoşqular   25
Traktorlar   50
Trolleybuslar və tramvaylar   100

 

Qeyd:

1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır”.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğlər

  • Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min) AZN

  • Ümumi olaraq sağlamlığa dəyən zərər üzrə - 50 000 (əlli min) AZN 

  • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min) AZN 

  • Bir hadisə üzrə - 55 000 (əlli beş min) AZN

Sığorta haqqının hesablanması üçün Sığorta haqqını hesabla düyməsini sıxın və sifarişi üçün MÜRACİƏT ET düyməsini sıxın.